"İran üçün qonşu ölkələrin təhlükəsizliyi vacibdir" - Rəisi

21-09-2023, 11:29           
"İran üçün qonşu ölkələrin təhlükəsizliyi vacibdir" - Rəisi
"İran üçün qonşu ölkələrin təhlükəsizliyi vacibdir".

"Report" xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının illik debatlarında çıxışı zamanı deyib.

O Qərb dövlətlərini regionda sabitliyi pozmağa yönəlmiş açıq cəhdlərə görə tənqid edib.

Rəisinin fikrincə, bəzi ölkələr soyuq müharibə ruhunda qlobal səviyyədə bloklar yaratmağa çalışırlar.

İran lideri qeyd edib ki, keçmişə qayıdış bütün bəşəriyyət üçün ciddi təhlükədir.

"İran ardıcıl olaraq Şərqlə Qərb arasında yeni çatların yaranmasına qarşıdır və əmindir ki, belə bir ssenarinin qarşısı alınmalıdır", - Rəisi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru