Bayden Zelenskidən bunu şəxsən eşitmək istəyir

21-09-2023, 09:52           
Bayden Zelenskidən bunu şəxsən eşitmək istəyir
ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə gözlənilən görüşdə onun münaqişə zonasındakı vəziyyətlə bağlı qiymətləndirməsini eşitmək istərdi.

Axar.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Prezident bu görüşdə döyüş meydanındakı vəziyyətlə bağlı qiymətləndirməni birbaşa Ukraynanın baş komandanından eşitmək istəyir”, - deyə Kirbi bildirib.

Qeyd edək ki, Zelenski hazırda BMT Baş Assambleyasının iclası ilə əlaqədar Nyu Yorkda səfərdədir. Onun Ağ Ev lideri ilə görüşü gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.