Makronun Bakıya qarşı BMT TŞ təzyiqi…

21-09-2023, 12:27           
Makronun Bakıya qarşı BMT TŞ təzyiqi…
Fransanın bu tələbi daha çox onun daxili siyasəti, orada yaşayan erməni lobbisi ilə əlaqədardır.
Bu sözləri Aktual.az-a tanınmış güneyli siyasətçi, İran və Qafqaz üzrə siyasi şərhçi Kərim Əsgəri Fransanın Azərbaycanın antiterror tədbiri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının təcili çağırılması tələbinə münasibət bildirərkən deyib.
O bildirib ki, Paris Qarabağda Azərbaycanın yüksək səviyyədə və dəqiqliklə apardığı və artıq yekunlaşdırdığı antiterror tədbirlərindən sonra BMT TŞ-də hər hansı uğura nail olmayacaq:
"Azərbaycan beynəlxalq hüquqa uyğun öz ərazilərində antiterror tədbiri keçirib. Bu baxımdan Fransanın hədəfinə çatan və mülki insanların heç bir zərər görmədiyi antiterror tədbirlərinə görə Bakıya təzyiq cəhdi nəticəsiz olacaq. Qarabağda heç bir ölkə tərəfindən tanınmayan, qondarma, separatçı və silahlı bir qurum vardı, indi artıq o da yoxdur və deməli, müzakirə ediləcək nəsə də qalmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru