Əgər qondarma rejim ÖZÜNÜ BURAXMAYIBSA... - Deməli, problem hələ çözülməyib!

21-09-2023, 18:59           
Əgər qondarma rejim ÖZÜNÜ BURAXMAYIBSA... - Deməli, problem hələ çözülməyib!
Yevlax görüşündə ermənilər mərkəzi hakimiyyətdən bir neçə xahiş edib:
- Yanacaq ehtiyacının qarşılanması: yanacaq bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin işləməsi üçün lazımdır;
- Qida məhsulları olmaqla humanitar yardımın göstərilməsi;
Ermənilərin qarşısında qoyulan ilkin tələb antiterror tədbirlərinin dayandırılması şərtlərinin – silahlı dəstələrin çıxarılması, tərki-silah olunması – qısa zamanda icra edilməsidir.
Erməni sakinlərlə görüşlər davam edəcək. Mövcud prioritet isə bölgənin silahsızlaşdırılmasıdır (A.N).

***

Sarsaq adlı "respublika" özünü nə vaxt buraxacaq... İndi əsas sual budur. Erməniyə zatən yanacaq, çörəyi bizdən başqası verən deyil. Rusun imkanı yox, Ermənistanın buna halı yoxdur. İran da özbaşına cürət eləməz. İndi bunlar ancaq bizə yalvarıb yallanmaq istəyəcək. Amma bunu da sarsağı buraxmadan etməməlidirlər. Təsil olublar, tərksilaha hə deyiblər. Buyurub sarsaq rejimlərini buraxdıqlarını elan etsinlər. Etmirlərsə, deməli, ruslara güvənirlər, niyyətləri başqadır.

***

İndi Qarabağdakı separatçılara humanitar problemlərin, bizə isə hüquqi məsələlərin həlli lazımdır. Bu iki məsələ paralel aparılmalıdır. Məncə, ruslar dünəndən onları başqa prosesə hazırlayır. Özlərini buraxsalar rahatlıq gələrdi. Nə qədər özlərini buraxmayıblar bizim hamımız narahat olmalıyıq (N.O).

Hazırladı: Azər Fikrətoğlu - DİA.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.