Əliyevlə Putin danışdı, problem həll olundu - Krasov

21-09-2023, 19:55           
Əliyevlə Putin danışdı, problem həll olundu - Krasov
Qarabağda Rusiya sülhməramlılarının həlak olmasının nəticələri Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında razılaşdırılıb. Baş verənlərə görə ölkələr arasında problem artıq yoxdur.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədr müavini Andrey Krasov deyib.

“Qeyd etmək istəyirəm ki, sülhməramlılarımız öz sahələrində əsl peşəkardırlar. Onlar praktiki olaraq canlı qalxan kimi ayağa qalxaraq, partlamağa hazır olan bölgədə qan tökülməsinin qarşısını aldılar”, - Krasov bildirib.

Ətraflı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.