İranın erməni deputatı Azərbaycana böhtan atır: “Bakı Təbrizə, Tehran və Qəzvinə göz dikib” - VİDEO

22-09-2023, 00:01           
İranın erməni deputatı Azərbaycana böhtan atır:
İranın erməni deputatı Azərbaycana böhtan atıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İsfahan ermənilərinin İran parlamentindəki nümayəndəsi Robert Beqlaryan dünən İslam Şurası Məclisinin açıq iclasında çıxış edərək, Azərbaycan əleyhinə qərəzli və həqiqətdən uzaq fikirlər səsləndirib.

O, dilə gətirdiyi ittihamlarla bağlı rejimin hakimiyyət orqanlarının münasibət bildirməsini ciddi şəkildə tələb edib. Eyni zamanda o, İran hakimiyyətini Azərbaycanın Qarabağdakı anti-terror tədbirlərinə qarşı biganə qalmamağa səsləyib:

“Bakı Təbrizə, İranın şimal-qərb əyalətlərinə, Tehran və Qəzvinə göz dikib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru