Xankəndinə və Qarabağın ermənilər yaşayan digər məntəqələrinə daxil olması mütləq şərtdir,...

22-09-2023, 08:34           
Xankəndinə və Qarabağın ermənilər yaşayan digər məntəqələrinə daxil olması mütləq şərtdir,...
Erməni və Rusiya saytları “Azərbaycan atəşkəsi pozaraq Xankəndi istiqamətində atəş açıb” dezinformasiyasını tirajlamaqla məşğuldurlar. Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsini həzm etmək istəmirlər. Yevlaxda ermənilər növbəti kapitulyasiya sənədinə imza atsalar da, içərilərindəki təxribatçıların və onlara dəstək verən xarici mərkəzlərin vəziyyəti gərginləşdirmək istəkləri istisna deyil. Ona görə daxili qoşunlarımızın Xankəndinə və Qarabağın ermənilər yaşayan digər məntəqələrinə daxil olması mütləq şərtdir, bu məsələləri Rusiya hərbi kontingentinə etibar edə bilmərik.
Atəşkəs razılaşmasından bir neçə saat sonra erməni separatçıları Rusiya hərbi kontingentinin nəqliyyat vasitəsinə atəş açıblar və bir neçə hərbçini öldürüblər. Moskvadan səs çıxmadı. Biz öz ərazimizdə həm separatizmlə, həm də onlara açıq və gizli dəstək verən mərkəzlərlə mübarizə aparmaq məcburiyyətindəyik.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru