Azərbaycanda separatizmə meylli olan bəlli qüvvələr odla oynamaq fikrindən daşınd

21-09-2023, 08:25           
Azərbaycanda separatizmə meylli olan bəlli qüvvələr odla oynamaq fikrindən daşınd
Qardaş sevincək deyir ki, Yevlax görüşündə nəticə əldə olunmayıb. Adam erməninin ağzı ilə danışır. Qoy danısınlar. Bizim də deməyə sözümüz var.
Yevlaxdakı görüşdə hansı nəticələr əldə olub? Mən sayım, siz barmağınızı qatlayın...
1) Qarabağ ermənilər ilə bağlı müzakirələr Azərbaycanın daxili işdir. Yəni ermənilərin arzuladığı beynəlxalq format gündəmdən çıxdı.
2) Qarabağ ermənilərinə heç bir xüsusi status, tutaq ki, muxtariyyət verilmədi. Bir vaxt İlham Əliyev Qarabağ ermənilərinə Finlandiyanın Aland adalarına verdiyi muxtariyyəti verməyə hazır idi. Dəfələrlə bununla bağlı bəyanat vermişdi. Aland adaları faktiki müstəqil dövlət modelidir. Ermənilər buna da razı olmadı.
3) Keçmiş Dağlıq Qarabağın bütün idarəçilik strukturları ləğv olunur. Əvəzində Azərbaycan prezidentinin təyin etdiyi adamlar iş başına keçir. Bələdiyyə seçkisindən sonra da Qarabağdakı hər bir rayonun icra başçısı, polis rəisi və.s olacaq.
4) Laçının dəhliz statusunda açılması məsələsi birdəfəlik gündəlikdən çıxdı.
5) Zəngəzur məsələsində irəliyə doğru ciddi bir addım atdıq.
6) Qarabağda ermənilərin at oynatdığı ərazilər birmənalı şəkildə Azərbaycanın nəzarətinə keçdi. Xankəndi də daxil olmaqla Qarabağdakı boz zona boz günlərini başa vurdu.
7) Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesi rəsmən başladı.
? Qarabağdakı bütün silahlı birləşmələr ya təslim olub, ya da təslim olmaq ərəfəsindədir.
9) Ermənistanın Azərbaycanın daxilində silahlı qüvvələr saxlaması qeyri-mümkün oldu.
10) Qarabağ ermənilərinə görə Azərbaycana qarşı aparılan total təbliğat kampaniyası iflasa uğradı. Tədricən bu məsələ dünyanın gündəmindən çıxacaq.
11) Azərbaycanda separatizmə meylli olan bəlli qüvvələr odla oynamaq fikrindən daşındı. Başa düşdülər ki, bu boyda beynəlxalq dəstəyi olan erməni bunu edə bilmədisə, hətta əlində olan muxtariyyəti itirdisə, belə xəyallara düşmək son dərəcə təhlükəlidir...
Unutduğum məqamlar olmamış olmaz. Lütfən, bu siyahıya siz də öz əlavənizi edin...
Elbeyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.