Azərbaycanın bu qələbəsi Rusiyanın Cənubi Qafqazdan çəkilməsin əsasını qoyur

1-10-2023, 13:08           
Azərbaycanın bu qələbəsi Rusiyanın Cənubi Qafqazdan çəkilməsin əsasını qoyur
Son günlər bir neçə gürcü tanışlarla danışmışam, hamısı təbrik edir, böyük iş gördüyümüzü deyirlər, hatta bu qələbənin post-sovet məkanında separatizmin kökünü kəsməyə imkan, ölkələrin ərazi bötövlüyünü bərpa etmək üçün fürsət yaratdığını söyləyirlər. Hər biri eyni fikirdədir ki, Azərbaycanın bu qələbəsi Rusiyanın Cənubi Qafqazdan çəkilməsin əsasını qoyur.
Ümidləniblər, inşallah, onlar da Abxaziya və C.Osetiya məsələsini həll edə biləcəklərini düşünürlər, əmindilər ki, Azərbaycanın bölgədə Rusiyanı urvatsız etməsi onlar üçün də şans yaradır.
Ümid edirəm ki, Moldova, Gürcüstan separatizmi yenəcək, Ukrayna isə İmperiyanın tabutuna son mismarı vuracaq, paralel olaraq Ermənistan da, nəhayət ki, miflərini yenərək, suveren, müstəqil dövlət olaraq öz təhlükəsizlik konsepsiyanı qonşularla birgə qurmağa çalışacaq.
Bütün bunlara əsas yaradan Əsgərimizə bölgə xalqları adından təşəkkür düşür!
Bu hərbi qələbəni rəsmiləşdirməyə çalışan diplomatiyamıza uğur olsun!
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.