Demokratiya olmasaydı, iflic olacaqdıq - Paşinyan

17-10-2023, 19:54           
Demokratiya olmasaydı, iflic olacaqdıq - Paşinyan
Çoxları deyir ki, Ermənistan bu gün demokratiyaya görə əziyyət çəkir. Amma demokratik olmasaydı, son illərdə başına gələn qaçılmaz sınaqlardan Ermənistan iflic vəziyyətinə düşəcək, müstəqilliyini və suverenliyini itirəcəkdi.

Axar.az xəbər verir ki, bunu Ermənmistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında deyib.

“Ermənistanda demokratiya çətin sınaqlardan keçir. Ermənistanda və dünyanın müxtəlif yerlərində baş verən bir sıra hadisələr belə bir sual doğurur: demokratiya təhlükəsizliyi, sülhü, birliyi, firavanlığı və xoşbəxtliyi təmin etməyə qadirdirmi?

44 günlük müharibənin sonunda Ermənistanın dövlət qurumları ekstremist qrupların hücumuna məruz qaldıqda, cəmiyyət parçalanarkən demokratik yolla formalaşmış qurumlar dövlətçiliyin müdafiəsində möhkəm dayandılar. Ermənistanda o ağır vəziyyətdə söz və sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılmadı, qeyri-mütənasib güc tətbiqi halları qeydə alınmadı, qanunun aliliyi aşağı salınmadı”, - Paşinyan bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.