İlham Əliyev: “Azərbaycanda xalq və hakimiyyət birdir”

18-07-2016, 22:21           

«Azərbaycan böyük inkişaf yolu keçib və inkişaf etmiş dövlətə çevrilib, çünki xalq və hakimiyyət birdir".

teref.az interfax.az -a istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev bunu idmançılarımızdan ibarət nümayəndə heyətinin Rio-de-Janeyroda keçiriləcək XXXIYay Olimpiya Oyunlarına yola salınması mərasimində bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində ölkənin inkişafı məsələləri ilə bağlı fikir ayrılığı yoxdur: "Çünki biz öz hesabımıza yaşayırıq. İqtisadi və siyasi nöqteyi-nəzərdən müstəqilik. Azərbaycan xalqının maraqlarına əsaslanan müstəqil siyasət yürüdürük".

İ.Əliyev qeyd edib ki, Azərbaycan dünya ictimaiyyəti üçün açıqdır. "Buna görə dünyada dostlarımızın sayı və hörmətimiz artır, bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı çoxalır", - deyə dövlət başçısı vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru