“Putin dünyanın Ukraynanı unudacağını gözləyir”

16-11-2023, 00:04           
“Putin dünyanın Ukraynanı unudacağını gözləyir”
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dünya birliyinin Ukraynadakı münaqişəyə diqqətinin saxlanmasının tərəfdarı olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Tagesschau” nəşri məlumat yayıb.

Almaniya Prezidentinin fikrincə, qarşıdurmaya marağın itirilməsi Rusiyanın əlinə keçəcək.

“Ukraynanın bizim dəstəyimizə daha çox ehtiyacı var, çünki Yaxın Şərqdə də müharibə gedir və Ukrayna münaqişəsi artıq ehtiyac duyduğu diqqəti görmür. Rusiya Prezidenti Vladimir Putin dünyanın Ukraynanı unudacağını gözləyir”, - deyə Ştaynmayer qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru