Dövlət marağından üstün heç bir şey ola bilməz

22-11-2023, 10:05           
Dövlət marağından üstün heç bir şey ola bilməz
44 günlük müharibə zamanı Rusiya İran üzərindən Ermənistana silah göndərirdi. Rusiya-Ukrayna müharibəsinin ilk vaxtlarında İran Ermənistan üzərindən Rusiyaya dronlar və digər silahlar ixrac edirdi.
Ümumiyyətlə, Qərbin sanksiyaları ilə üzləşən Rusiya ehtiyacı olan malları saxta şirkətlər üzərindən Ermənistan adına özü üçün sifariş verirdi. Sonra həmin mallar sanksiyalardan yayınaraq Rusiyaya daşınırdı. Ermənistan bu kimi fırıldaq əməliyyatlardan milyardlarla dollar qazandı...
İndi isə Vaşinqtonun göstərişi ilə İrəvan öz ordusunun arsenalında olan Sovet və Rusiya silahlarını Ukraynaya ötürür...
Bunları niyə yazıram? Yazıram ki, dağda qoyun otaran çoban da başa düşsün ki, siyasət maraqlara söykənir. Dünən Ermənistan Rusiyanın yanında idi. Zatən, Ermənistan dövlətini də Rusiya süni şəkildə Azərbaycan torpaqları hesabına yaradıb. İndi isə Ermənistan Qərbin yanına can atır və Qərbin göstərişi ilə Rusiyanın əleyhinə mümkün olan bütün yaramazlıqları edir...
Siyasət belədir ki, gərək ayıq-sayıq olasan. Baş verən proseslərin mahiyyətin dəqiq biləsən. Niyə sualına emosional yox, rasional cavab tapasan...
Ən vacibi isə odur ki, bizi yan-yörəmizdə baş verən siyasi proseslərə Azərbaycanın dövlət maraqlarından yanaşmalıyıq. Bəziləri kimi çaşıb, daha doğrusu məqsədli şəkildə Azərbaycanın dövlət maraqlarına arxa çevirərək firqə maraqlarını önə çıxarmaq düz iş deyil...
Dövlət marağı olan yerdə bütün maraqlar kənara atılmalıdır. ABŞ-ın 28-ci prezidenti Tomas Vilson (1913-1921) 1916-cı ildə apardığı təbliğat kampaniyası zamanı çağdaş Amerikanın əsas şüarına çevirilmiş bir şüar ortaya atdı: “America First” (Öncə Amerika). Bizim üçün də öncə Azərbaycan olmalıdır. Dövlət marağından üstün heç bir şey ola bilməz. Yerdə qalanı xırda şeydir...
Elbeyi Hesenli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.