ABŞ narahatdır: İran "Əbabil"i Rusiyaya verə bilər

22-11-2023, 13:15           
ABŞ narahatdır:
ABŞ İranın Rusiyaya Ukrayna müharibəsi üçün yaxınmənzilli qabaqcıl ballistik raketlər verəcəyindən ehtiyatlanır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, narahatlıq xüsusən sentyabr ayında Rusiya müdafiə naziri Sergey Şoyqunun Tehrana səfəri və orada “Əbabil” və “Fateh-110” ballistik raketlərinə baxış keçirməsindən sonra artıb.

Kirbi xatırladıb ki, İran bu günə qədər Rusiyaya müxtəlif təyinatlı hərbi vasitələr göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru