Paşinyanın yeni dəhliz ideyası – Rusiyanı kənarda saxladı

22-11-2023, 17:33           
Paşinyanın yeni dəhliz ideyası – Rusiyanı kənarda saxladı
“İlin sonunadək Azərbaycanla Ermənistan arasında hansısa sənəd imzalana bilər, amma bunun sülh sazişi olacağına inanmıram”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.

Onun sözlərinə görə, Qərb Ermənistan Baş naziri Nikol Paşinyanın “Sülh qovşağı” projesi çərçivəsində sülh sazişinin imzalanmasında maraqlıdır:

“Qərb, daha dəqiq desək, Avropa İttifaqı regionda sülhün olmasında maraqlıdır. Çünki sülh olarsa, bu, Rusiyanın bizim regiondan sıxışdırılıb çıxarılması demək olacaq. Bu məqsədlə “Sülh qovşağı” adlı layihəni alqışlayırlar. Çünki o layihədə Rusiya yoxdur. Rusiyanın sıxışdırılıb çıxarılması Qərb üçün böyük uğur olacaq”.

Qərb-Azərbaycan gərginliyinə diqqət çəkən Baqdasaryan hesab edir ki, bu gərilmə dərinləşməyəcək. Məsələn, o, Qərbdən Azərbaycana qarşı sanksiyaların tətiq olunacağına şübhə ilə yanaşır.

Baqdasaryan qeyd edib ki, Avropa Birliyi Ermənistana görə qınayıcı bəyanatlar versə də, Azərbaycan Qərbin mühüm tərəfdaşıdır: “Buna görə də (sanksiyalar və daha dərin təzyiqlər) qətiyyən real deyil”.

Politoloq hesab edir ki, Ermənistan həqiqətən sülh istəyirsə, bunu burada sırf öz maraqlarını güdən Qərbin deyil, regional aktorların iştirakı ilə region daxilində axtarmalıdır.

Baqdasaryan Ermənistanın "nəqliyyat dəhlizləri qovşağı" olması ehtimalının mümkünsüzlüyünə diqqət çəkib:

“Azərbaycanın Ermənistanın yol qovşağı olmasına ehtiyacı yoxdur. Azərbaycanın özü Şimal-Cənub və Şərq-Qərb yollarının kəsişmə nöqtəsidir. Gürcüstanın buna ehtiyacı yoxdur. Çünki Gürcüstan öz yollarından çox yaxşı istifadə edir, bu baxımdan monopoliyaya malikdir və böyük gəlirlər qazanır. Ona görə də “Sülh qovşağı” ideyası illüziyadır, gerçəkləşməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.