İrəvan Baki ilə "sərhəd oyunu" oyununa başlamaq istəyir...

23-11-2023, 08:34           
İrəvan Baki ilə "sərhəd oyunu" oyununa başlamaq istəyir...
İrəvan Bakının danışıqların ikitərəfli əsasda başlanması və görüşün “qarşılıqlı məqbul məkanda və ya dövlət sərhədində baş tutması” təklifinə cavab verib. Cavabda qeyd olunur ki, “iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa, reallaşa bilər”. Və “bu iradənin nümayişi” kimi Azərbaycana təklif edirlər ki, dövlət sərhədində hər iki ölkənin delimitasiya-demarkasiya komissiyalarının iclası keçirilsin.
Bakı və İrəva başqa-başqa məsələlərdən danışır.
- Azərbaycan təklif edir ki, sülh danışıqları dövlət sərhədində, yaxud hər iki tərəfin qəbul edəcəyi məkanda vasitəçisiz baş tutsun;
- Ermənistan təklif edir ki, sərhəddə demarkasiya komissiyalarının iclası keçirilsin;
Əslində İrəvanın Bakıya ünvanladığı bəyanat cavab yox, təklifdən ibarətdir. Bu isə Bakının “ikitərəfli format” istəyini yaxına buraxmaq istəmədiklərini göstərir. Ermənistan XİN-in bəyanatının mətni də danışıqların Qərb platformasında keçirilməsindən yana olduqlarını təsdiq edir. Demarkasiya komissiyalarının iclasının sərhəddə keçirilməsi təklifi isə Vaşinqtonun qarşısında “sülhdən qaçan” tərəf kimi görünmək istəməmələridir. Bununla prosesi yenə manipulyasiya edirlər.
Asif Nerimanli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.