Rusiya bizə “İsgəndər” verib, Bakıya isə deyib ki… - Melkonyan

23-11-2023, 11:48           
Rusiya bizə “İsgəndər” verib, Bakıya isə deyib ki… - Melkonyan
Biz KTMT-nin üzvüyük, amma Rusiyanın başçılıq etdiyi KTMT bizə heç bir silah vermir, halbuki ödənişi əvvəlcədən etmişik.

Axar.az xəbər verir ki, bu sözləri hakim “Mülki müqavilə” partiyasından olan deputat Qagik Melkonyan erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, Rusiya hətta ödənilən məbləği də geri qaytarmır:

“Digər tərəfdən Rusiya Bakının da müttəfiqidir və hesab edirəm ki, onun Ermənistanı silahlandırmaması ilə bağlı Bakı ilə razılaşması var”.

Deputat Rusiyanın əvvəllər Ermənistana silah verməsi ilə bağlı xatırlatmaya cavab olaraq vurğulayıb:

“Əvvəllər bizim biabırçı razılaşmamız var idi ki, silahı yalnız Rusiyadan almalıyıq. Rusiya isə bizə köhnə silahlar, köhnə texnika verdi. 2002-2004-cü illərdə mən hərbi xidmətdə olanda texnika götürmüşdük, pul ödəyib, təmir etdirib, sonra gətirmişdik. Son illərdə isə ümumiyyətlə heç nə verməyiblər. Serj Sərkisyanın vaxtında bizə “İsgəndər”i verdilər, sevindik, sonra anladıq ki, “İsgəndər”lər də “İsgəndər” deyil. Bunlar adi mərmilər idi. Əminəm ki, burada da azərbaycanlılarla razılaşma olub, onlar deyiblər:

“İsgəndər”lərdən qorxmayın, bu məsələ həll olunub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru