Layiqli dövlət olmaq şansını əldən verdik - Burcanadze

23-11-2023, 10:31           
Layiqli dövlət olmaq şansını əldən verdik - Burcanadze
Qızılgül inqilabı Gürcüstana layiqli Avropa tipli dövlət olmaq şansı vermişdi, lakin əldən verildi.

Axar.az xəbər verir ki, bunu gürcü müxalifətçi Nino Burcanadze deyib.

“Qızılgül inqilabı çox mühüm hadisə idi. Bu, ölkəni ayağa qaldırmaq, demokratik inkişaf etmiş Avropa tipli dövlət qurmaq, Gürcüstanı layiqli dövlətə çevirmək şansı idi. İnqilab klassik ssenari üzrə baş verdi: vətəndaşlar artıq əvvəlki kimi yaşamaq istəmir, hakimiyyət isə heç nəyi dəyişmək istəmir və öz xalqının səsini eşitmək istəmirdi”, - Burcanadze bildirib.

Onun sözlərinə görə, o zaman verilən vədlər tədricən yerinə yetirilməyə başladı, lakin üç lider arasında fikir ayrılığından sonra tarazlıq pozuldu və proseslərin stabil inkişafını təmin etmək mümkün olmadı:

“Sözün əsl mənasında bir neçə gündən sonra proseslərin stabil inkişafını təmin etməli olan inqilab liderlərinin birliyi dağılmağa başladı. Bu fakt dərhal nəticə vermədi, amma tarazlığın pozulmasından getdikcə buraxılan və az qala cinayətə çevrilən səhvlər baş verdi. Bu, böyük təəssüf doğuran məsələdir, çünki Qızılgül inqilabından sonra Gürcüstanın əldə etdiyi şans əldən verildi”.

Burcanadze bildirib ki, Saakaşvilinin hakimiyyəti genişlənməyə başladı və mütləqiyyətə çevrildi:

“Mütləq hakimiyyət isə həmişə xarab olur və o, sonrakı səhvlər üçün əsasdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru