KTMT sammiti ilk dəfə Ermənistansız keçirilir - BELƏ HARA GEDİR?

23-11-2023, 12:50           
KTMT sammiti ilk dəfə Ermənistansız keçirilir -
Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasına üzv ölkələrin liderləri bir araya gələcəklər. Liderlər 2023-cü ildə görülən işlərin nəticələrini müzakirə edəcəklər.
Bu il həm KTMT, həm təşkilata üzv ölkələr, həm də təşkilata rəhbərlik edən Belarus üçün olduqca çətin və gərgin keçdi. Belarusun xarici işlər naziri Sergey Aleynik də bunu etiraf edib.

Budəfəki tədbir həm də ilk dəfə sammitin Ermənistansız keçirilməsi ilə seçilir. Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan noyabrın 14-də məlumat yaraq dedi ki, hökumət başçısı Minskdəki tədbirə qatılmayacaq.

İlboyu Ermənistan rəhbərlərinin dilindən "İrəvan KTMT-dən uzaqlaşmır, təşkilat Ermənistanı tərk edir" fikirləri eşidilirdi. Hətta Paşinyan bir neçə ay öncə şikayətlənərək demişdi ki, "KTMT-yə üzvlük İrəvana silah əldə etməyə mane olur".

Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton və Brüsselin İrəvanı KTMT-dən çıxmağa və NATO ilə əməkdaşlığı sürətləndirməyə inandırdığını demişdi.

Ekspertlər isə belə hesab edirlər ki, Ermənistan bu bloku de-fakto tərk edib.

KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov ötən həftə bu mövzuya toxundu. O qeyd edib ki, KTMT-də heç kim Ermənistanı tərk etməyi planlaşdırmır.

İrəvan təlimlərə qatılmadı, ilboyu müxtəlif səviyyələrdə təşkil olunan görüşlərdən imtina edirdi. Bu da azmış kimi Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb. İrəvanın həm Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi Şuraları, həm də KTMT-nin dövlət başçıları səviyyəsində görüşlərdə iştirakdan imtina etməsi təşkilata qarşı açıq demarşdır.

Dünən Kremlin mətbuat xidməti Rusiya lideri Vladimir Putinin də Minskə gedəcəyi ilə bağlı məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə İrəvanın bu addımından təəssüfləndiyini deyib: "Təəssüf ki, sabah Ermənistan bu sammitdə yüksək səviyyədə iştirak etməyəcək. Biz işçi, ekspert səviyyəsində iştiraka ümid edirik. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyinihesab ediirk".

Belarus Prezidenti Aleksandr Lukaşenko da Ermənistanın baş naziri Nikol Paşinyanın Minsk sammitində iştirakdan imtinasını qınayıb. Lukaşenko Nikola tələsik qərarlar verməməyi təklif edib.

Müəllif: Tural Tağıyev - Mənbə: AzVision.az
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.