Rusiyaya bəslədiyi "ilanlar"dan ittiham: "Pulumuzu verin"

23-11-2023, 16:15           
Rusiyaya bəslədiyi "ilanlar"dan ittiham: "Pulumuzu verin"
2020-ci ili təbii ki, heç birimiz unutmadıq. İyun ayının sonu, iyulun əvvəli....Rusiya Ermənistana hər zaman müasir hərbi texnika və vasitələr hədiyyə edib. Xatırlayırsınızsa, iyulun 17-də Rusiyadan Ermənistana 2 yük təyyarəsi həcmində təcili kodu ilə silah-sursat daşındı. Hərbi yüklərin daşındığı marşrut isə birbaşa rəsmi qeydlərdə də öz əksini tapır.

Rusiyanın Mineralnıy Vodı ərazisindən qalxan il-76 yük təyyarələri Qazaxıstan, Türkmənistan, İran ərazisindən keçməklə 2030 km məsafə qət edərək 3 saat yarımdan sonra Mehri və İrəvana çatdı. Bundan sonra isə ard-arda iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1 reys, avqustun 6-da isə 2 reys olmaqla Ermənistana 400 tondan artıq həcmdə hərbi yüklər çatdırıldı. Bu hərbi yüklərdə Rusiyanın müasir, bahalı və real döyüş şəraitində effektiv radioelektron kəşfiyyat vasitələri olan "Krasuxa", "Avtobaza-M" və "Nebo-M" sistemlərinin olması isə Azərbaycanın narahatlığına səbəb olmaya bilməzdi. Özü də proses Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda başlayıb və hərbi yüklər Ermənistana gizli şəkildə çatdırılırdı.
Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə 2020-ci ildə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir.Hətta 2016-cı il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən paradda Ermənistan 4 “İsgəndər” raketini nümayiş etdirdi.

Yenə də xatırlayırsınızsa, Şuşa şəhərində və onun ətrafında tapılan raket “İsgəndər - M” markalıdır. Amma açıq mənbələrdəki məlumata görə, Rusiya Ermənistana “İskəndər - M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İsgəndər - E” raket kompleksi verib (“İsgəndər - E” ilə müqayisədə “İskəndər - M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir-red).
2020-ci il noyabrın 10-da gecə saatlarında Bakı şəhəri yaxınlığında Xırdalan şəhəri üzərində azı iki raket zərəsizləşdirilib. Partlayış səsləri hətta Bakı şəhərində də eşidilib.
Umumiyyətlə, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazisinə bir neçə “İskəndər” atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirildi.

Rusiyanın ermənipərəst əməllərinə baxmayaraq 200 ildir qoynunda bəslədiyi ilan onun özünü çalır.

Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı Qagik Melkonyan fikrincə, Rusiya və onun “KTMT”si onlara silah vermir:” Biz KTMT-nin üzvüyük, amma Rusiyanın başçılıq etdiyi KTMT bizə heç bir silah vermir, halbuki biz hər şeyi əvvəlcədən ödəmişik. İndi bu məbləğlər də qaytarılmır”.

Rusiyanın yaxşılıqlarını yerlə-yeksan edən erməni Melkonyan daha sonra bu sözləri deyib:
“Əvvəllər bizim biabırçı razılaşmamız var idi ki, silahı yalnız Rusiyadan almalıyıq. Rusiya isə bizə köhnə silahlar, köhnə texnika verirdi. 2002-2004-cü illərdə mən xidmətdə olanda texnika götürmüşdük, təmirə pul verib, təmir olunmuş texnikanı gətirmişdik. Son illərdə isə ümumiyyətlə heç nə verməyiblər. Sərkisyanın vaxtında bizə “İsgəndər”i verdilər, sevindik, sonra anladıq ki, “İsgəndər”lər də “İsgəndər” deyil. Bunlar adi mərmilər idi. Ermənistan artıq başa düşüb ki, alternativ axtarmaq lazımdır və o, artıq tapılıb. İndi bir çox ölkələrlə, hətta silahla bağlı müqavilələrimiz var”.

Məlumat üçün bildirək ki, keçmiş SSRİ və hazırda onun varisi olan Rusiyanın silah sənayesinin qüruru sayılan silahlardan biridir.

Raket kompleksi hazırda dünya üzrə yalnız Rusiya və Ermənistanın silahlanmasında istifadə olunur."İskender" raketlərinin E (export), F (fuqas), K (kaset) və M (modern) kimi versiyaları mövcuddur.Bu raketlər 500 kiloqram ağırlığında partlayıcı maddə daşımaq gücünə malikdir. Ölçüləri 7 metrdən uzun, diametri 92 santimetr olan raket çox yüksək uçuş sürətinə malikdir. " İsgəndər" raketlərinin nüvə başlığı daşımaq imkanına malik olduğu bildirilir. "İsgəndər" raketlərinin M versiyası nüvə başlığı daşıya bilir. O, böyük komanda məntəqələri, aerodromlar, aviabazalar, rabitə qovşaqlarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulur.

Qeyd edək ki, KTMT-dən çıxmağa hazırlaşan Ermənistan artıq silahları Rusiyadan deyil, Fransa, Hindistan və İrandan almağa üstünlük verir. Fransa və Hindistan müasir silah –sursatın bir hissəsini Ermənistana göndərib.


Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.