Paşinyan Putindən “estafeti almağa” Piterə gedəcək?

24-11-2023, 12:08           
Paşinyan Putindən “estafeti almağa” Piterə gedəcək?
Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak edəcəyini gözləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında deyib.

“MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşü və Aİİ-nin rəsmi görüşü olacaq. Yeri gəlmişkən, bu görüşdə Rusiyadan sonra Ermənistan sədrlik edəcək, ona görə də hesab edirəm ki, Paşinyan estafeti Vladimir Putindən almağa gələcək”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru