AB-dən şok mesaj: Gürcüstan işğaldakı ərazilərindən imtina edir? - Gürcüstan işğaldakı ərazilərindən imtina edir?

24-11-2023, 13:22           
AB-dən şok mesaj: Gürcüstan işğaldakı ərazilərindən imtina edir? -
Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin sözçüsü Peter Stano Moldova və Gürcüstanın Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan birliyə qismən qəbulunun mümkün olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Stano bu ölkələrin Avropa gələcəyinin münaqişələrdən asılı olmamalı olduğunu deyib.

Bundan əvvəl Avropa Komissiyası genişlənmə ilə bağlı hesabat yayımlayıb. Hesabatda Ukrayna və Moldova ilə AB-yə üzvlüklə bağlı danışıqlara başlamaq, eləcə də Gürcüstana birliyə namizəd statusunun verilməsi tövsiyə edilir. Moldova Prezidenti Maia Sandu öz növbəsində Dnestr çayının sağ sahilindən başlayaraq iki mərhələli üzvlük imkanlarına icazə verərək, AB ilə inteqrasiyaya hazır olduğunu açıqlayıb. Amma Moldovanın keçmiş prezidenti İqor Dodon bunu “milli maraqlara xəyanət” adlandırıb.

Gürcüstan avrointeqrasiya istiqamətində növbəti addımlarını açıqlayıb. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili müxalifət və vətəndaş sektorunu planın hazırlanmasına qoşulmağa çağırıb. Papuaşvilinin nöqteyi-nəzərindən, bu halda Gürcüstan AB üzvlüyünə namizəd statusu almaq üçün lazım olan nəticələrə nail olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru