Paşinyan: “Rusiyaya milyonlarla dollar ödəmişik, amma silahlar verilməyib”

25-11-2023, 00:03           
Paşinyan: “Rusiyaya milyonlarla dollar ödəmişik, amma silahlar verilməyib”
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Moskvaya silah üçün milyonlarla dollar ödəyib, lakin nə silahı, nə də pulu geri almayıb.
Qaynarinfo news.am-a istinadən xəbər verir ki, o, bunu canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
Ermənistan baş naziri bildirib ki, hazırda bu problemin hansı mexanizmlərlə həll oluna biləcəyi ilə bağlı müzakirələr gedir.
“Məsələn, variantlardan biri bu puldan Ermənistanın borcunun həcmini azaltmaq ola bilər… Rusiyanın özünə də silah lazımdır və biz onıarla işləməyə hazırıq. Ümid edirəm ki, bu müzakirələr konkret nəticələr əldə edəcək”, deyə Paşinyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru