Moldova Aİ Şurasının Rusiyaya qarşı fərdi sanksiyalarına qoşuldu

25-11-2023, 12:24           
Moldova Aİ Şurasının Rusiyaya qarşı fərdi sanksiyalarına qoşuldu
Moldova Avropa İttifaqı Şurasının (Aİ) Rusiyaya qarşı fərdi sanksiyalarına qoşulub.

Müvafiq sərəncamı baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku imzalayıb.

“Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhlükə yaradan hərəkətlərlə bağlı məhdudlaşdırıcı tədbirlərə dair 13 sentyabr 2023-cü il tarixli Aİ Şurasının (PESC) 2023/1767 saylı qərarına qoşulmaq haqqında fərman”, - deyə sənəddə bildirilib.

Bu qərar Avropa Komissiyasının Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına dair hesabatında Kişinyovu Rusiyaya qarşı bir sıra Avropa sanksiyalarına qoşulmağa çağırmasından sonra qəbul edilib.
Aİ-nin qara siyahısında demək olar ki, 1800 fiziki və hüquqi şəxs var. Onlar barədə səyahət məhdudiyyətləri, aktivlərin dondurulması, pul vəsaitlərinin və ya digər iqtisadi resursların verilməsinə qadağalar kimi məhdudiyyətlər nəzərdə tutulub.

Mənbəə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru