Washington Post: Rusiya və Çin Rusiyanı Krımla birləşdirən yeraltı tunelin inşasını müzakirə edir

26-11-2023, 08:08           
Washington Post: Rusiya və Çin Rusiyanı Krımla birləşdirən yeraltı tunelin inşasını müzakirə edir
Rusiya ölkəni işğal etdiyi Krımla birləşdirəcək və eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin hücumlarından qoruyacaq sualtı tunelin tikintisi ilə bağlı Çinli bir bizneslə gizli danışıqlar aparır. The Washington Post-un məlumatına görə, bu barədə məlumat Ukraynanın xüsusi xidmət orqanlarının əlinə keçib.

Nəşrin məlumatına görə, artq danışıqların aparılıb, Krımda isə Ukrayna xüsusi xidmət orqanlarının ələ keçirdiyi elektron yazışmalarda adları çəkilən şəxslər və şirkətlərin iştirakı ilə Rusiya-Çin konsorsiumu qeydə alınıb.

Qəzetin qeyd etdiyi kimi, Kerç boğazı altında yeraltı tunelin tikintisi ilə bağlı danışıqlarda digər şirkətlərlə yanaşı dövlətə məxsus Çin Dəmir Yolları Tikinti Korporasiyası da iştirak edib. Washington Post jurnalistlərinin araşdırdığı məlumatlara görə, Çin Dəmir Yolları Tikinti Korporasiyası "Krım bölgəsində istənilən mürəkkəblikdə dəmir və avtomobil yollarının tikintisini təmin etməyə" hazır olduğunu bildirib.

Eyni zamanda nəşr qeyd edib ki, Ukrayna kəşfiyyat xidmətləri tərəfindən ələ keçirilən elektron məktublardan belə nəticə çıxır ki, Çin Dəmir Yolları Tikinti Korporasiyası Rusiya ilə işləməyə layihənin tam məxfilik və bütün müqavilələrdə şirkətin adının başqa adla əvəz edilməsi şərti ilə razılıq verib.

Washington Post-un jurnalistlərinin istinad etdiyi başqa bir elektron poçtda da konsorsiumun layihələrinin maliyyələşdirilməsində iştirak etmək arzusunu ifadə edən və layihədə iştirak edəcək şirkətlərə sonradan pul köçürülməsi üçün dollarların rubla çevrilməsinə yardım təklif edən Çin bankından bəhs edilib.

Sənədlərdə Rusiya-Çin konsorsiumunun rəhbəri kimi Vladimir Kalyujnının adı hallanır. Qəzet bildirir ki, Kalyujnı Rusiya prezidentinin ilhaq edilmiş Krımdakı daimi nümayəndəsi Georgi Muradova elektron məktubda yazıb ki, onda “Çinli tərəfdaşlarımızdan Çinin ən böyük şirkətlərindən biri olan CRCC-nin tunelin tikintisində baş podratçı kimi iştiraka hazır olması barədə məktub var.” Kalyujnı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib, Muradov isə qəzetin sorğusuna cavab verməyib.

Dünyanın ən böyük tunel layihələrində işləyən bir mühəndis “The Washington Post” qəzetinə verdiyi şərhdə Kerç boğazı altında tunelin tikintisinin ən azı 5 milyard dollara başa gələcəyini və bunun üçün Rusiya ordusundan təkcə boğazın özünü deyil, həm də istehsal müəssisələrinin mühafizəsini gücləndirməsi tələb olunacaq.

Material müəlliflərinin əlaqə saxladıqları ekspertlər tunelin tikintisinin Rusiyaya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edəcək qədər tez başa çatacağına şübhə ilə yanaşırlar. Washington Post yazır ki, Moskva bu layihəyə ilhaq edilmiş yarımada ilə təhlükəsiz kommunikasiyanı təmin edəcək uzunmüddətli investisiya kimi baxa bilər.

2020-ci ildə istifadəyə verilən Krım körpüsü ilhaq edilmiş Krımı Rusiya ərazisi ilə birləşdirir. Krım körpüsündə ilk partlayış 2022-ci il oktyabrın 8-də, ikinci partlayış isə bu il iyulun 17-nə keçən gecə baş verib. Rusiya hərbçiləri yarımadada yerləşən hərbi birləşmələri təchiz etmək üçün Krım körpüsündən istifadə edir: zirehli maşınlarla qatarların keçidinin görüntüləri Rusiya Müdafiə Nazirliyinin resurslarında yerləşdirilib; Bu qatarlar bir neçə dəfə sosial media istifadəçiləri tərəfindən də görüntülənib. Bununla belə, Putin körpünün hərbi nəqliyyat üçün “uzun müddətdir ki, istifadə edilmədiyini” deyib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.