Makron Sarkozi və Le Pendən geriyə düşdü - SORĞU

26-11-2023, 16:54           
Makron Sarkozi və Le Pendən geriyə düşdü - SORĞU
Fransızların əksəriyyəti imperator I Napoleon Bonapartın (1769-1821) öz ölkəsinin tarixindəki rolunu müsbət qiymətləndirirlər.

Bunu “Ifop” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

“Fransızların əksəriyyəti imperatora rəğbət bəsləyir: 74% onun bir sıra tədbirlərini Fransa üçün faydalı hesab edir. 52% Napoleonun hərəkətlərinin Avropaya fayda verdiyinə inanır”, - tədqiqat müəllifləri qeyd ediblər.
Fransanın müasir siyasi xadimlərinə gəlincə, respondentlərin 25%-i respublikanın eks-prezidenti (2007-2012) Nikola Sarkozini və Milli Birlik partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Peni Napoleona yaxın hesab edir. Hazırkı dövlət başçısı Emmanuel Makron isə eyni reytinqdə 21% səs toplayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru