UTX hədələdi: Bu, Rusiya üçün ciddi çağırışdır - Markov

26-11-2023, 15:29           
UTX hədələdi: Bu, Rusiya üçün ciddi çağırışdır - Markov
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Krım körpüsünü partlatmaqla hədələyib və hətta Krım körpüsünün məhvə məhkum olduğunu bəyan edib. Bu, Ukrayna Təhlükəsizlik Xidmətinin təxribat və terror aktları praktikasının genişləndirilməsidir. Və bu, Rusiya üçün ciddi çağırışdır.

Bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Dünya ictimaiyyətinə müraciət etmək mənasızdır. Ukrayna Təhlükəsizlik Xidməti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir şöbəsidir, buna görə də bu terror hücumları ABŞ, AB, NATO və onların müttəfiqləri tərəfindən dəstəklənir. Bütün Qlobal Cənub isə sərt üsullara öyrəşib və sadəcə olaraq kimin daha güclü olacağına baxır", - o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.