HƏMAS Qəzza zolağında humanitar atəşkəsi uzatmağa hazır olduğunu açıqlayıb

27-11-2023, 10:14           
HƏMAS Qəzza zolağında humanitar atəşkəsi uzatmağa hazır olduğunu açıqlayıb
Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında humanitar atəşkəsi uzatmağa çalışır.

Bu barədə hərəkatın “Telegram” kanalında paylaşılan bəyanatında deyilir.

“HƏMAS atəşkəsi dörd günlük müddətdən daha çox uzatmağa çalışır və bunu humanitar atəşkəs razılaşmasına əsasən azad edilməli olan girovların sayını artırmaq yolu ilə etməyə çalışır”, - deyə Fələstin radikalları təsdiqləyiblər.
Cümə günü HƏMAS-ın liderlərindən biri Bassem Naim humanitar atəşkəsin hərəkatın məqsədi olduğunu və humanitar fasilənin uzadılacağına ümid etdiyini bildirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru