Anti-Azərbaycan qərarı: Yenə erməni lobbisini məmnun etmək istədilər - NƏ BAŞ VERİR?

27-11-2023, 12:38           
Anti-Azərbaycan qərarı:
“Azərbaycanın öz torpaqlarını geri qaytarması bir çox Qərb dairələrini 30 il əvvəl də, bu gün də narahat edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

““907-ci düzəliş”in yenidən qüvvəyə minməsi ilə bağlı Amerika Senatının bədnam qərarı ABŞ-ın Qafqaz regionundakı maraqlarına vurulmuş bir baltadır. Erməni lobisini məmnun etmək məqsədilə qəbul edilən bu qərarın erməni lobbilərinin heç bir gücünün olmadığı Qafqaz baxımından olduqca qeyri-praqmatikdir və ABŞ-ın öz xarici siyasət və milli maraqlarına ziddiyət təşkil edir.

Şər cəbhəsi 1991-ci ildə üstümüzə gəlməklə nəsə əldə etmiş olsa da, 2020-ci ildən sonra tarixi ədalətin zəfər çalması ilə Qafqazda çökdürülüb. Təəssüf ki, Azərbaycanın öz torpaqlarını geri qaytarması bir çox Qərb dairələrini 30 il əvvəl də, bu gün də narahat edir. Amma bu, onlara heç bir fayda gətirməyəcək”, - ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru