3 ölkəni tədqiq etdik, ən yaxşı Azərbaycandır - Mehrabian

27-11-2023, 11:05           
3 ölkəni tədqiq etdik, ən yaxşı Azərbaycandır - Mehrabian
İran, Azərbaycan və Rusiyanın energetika nazirlərinin müavinləri arasında işgüzar görüşdə üç ölkənin elektrik enerji sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsinin təfərrüatı müzakirə edilib.

Bu barədə İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.

“Ümid edirik ki, İran, Rusiya və Azərbaycanın enerji sistemləri ən çoxu yaxın altı ay ərzində elektrik enerjisi mübadiləsinə başlayacaq”, - Mehrabian bildirib.

O qeyd edib ki, Gürcüstan, Azərbaycan və Türkmənistan ərazisindən keçməklə İran və Rusiyanın enerji sistemlərini birləşdirmək üçün üç optimal marşrut tədqiq edilib:

“Azərbaycan layihənin icrası baxımından daha sərfəlidir. Şəbəkələrin inkişafına və infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi ehtiyac yoxdur. Biz Azərbaycan və Rusiya ilə çox yaxşı razılaşma əldə etmişik ki, bu da bizə üç ölkənin elektrik sistemlərini ən qısa zamanda inteqrasiya etməyə imkan verir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru