İrəvan şıltaqlıq edir, Qərb onu qorumayacaq – Bordyuja

27-11-2023, 18:24           
İrəvan şıltaqlıq edir, Qərb onu qorumayacaq – Bordyuja
Ermənistan hakimiyyətinin hazırkı siyasəti hər şeyə, o cümlədən İrəvanın KTMT-dən çıxmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu, çox böyük şıltaqlıqdır və siyasətdə şıltaqlıqlar qəbuledilməzdir.

Bunu KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja deyib.

“Vəziyyəti ayıq şəkildə dəyərləndirməliyik. Vəziyyət isə belədir ki, Ermənistanın çoxlu dostu yoxdur. Hər bir dostdan möhkəm yapışmalıyıq. Rusiyadan heç bir səhv görmədim, ona görə də hesab edirəm ki, bu, sadəcə olaraq, Ermənistan rəhbərliyinin siyasi səhvidir. Düşünmürəm ki, Qərb Ermənistanın təhlükəsizlik sahəsində Rusiyanı əvəz edə biləcək. Qərbin tamamilə fərqli maraqları var və tarix göstərir ki, Qərb yalnız özü üçün mübarizə aparır, başqası üçün deyil. Ermənistanda təhlükəsizlik sistemi var idi, sadəcə onu inkişaf etdirmək və saxlamaq lazım idi”, - o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.