Əli İnsanov Zəlimxan Məmmədlinin partiyadan çıxarılmasından danışdı - "Dəfələrlə ikilikdə söhbətlərimizdə..."

29-11-2023, 12:23           
Əli İnsanov Zəlimxan Məmmədlinin partiyadan çıxarılmasından danışdı - "Dəfələrlə ikilikdə söhbətlərimizdə..."
“HƏP Ali Məclisin sədri Zəlimxan Məmmədli internet YouTube kanallarında öz çoxsaylı çıxışlarında, o cümlədən şəxsi facebook səhifəsində yazılarında partiyanın rəhbər tutduğu strateji xəttə zidd olan fikirlər səsləndirib. Dəfələrlə ikilikdə söhbətlərimizdən və İdarə Heyətinin iclasında məsləhət və təkliflərimizi bəzən qəbul edib, düzəlişlər etsə də partiya sədrinin və İdarə Heyəti üzvlərinin razılaşa bilmədikləri çıxış və yazılarını ara – sıra davam etdirib”.
Gununsesi.info bildirir ki, bu sözləri Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov İdarə Heyətinin iclasında bildirib.
Əli İnsanov deyib ki, 2022 – ci il noyabrın 3-4-ü tarixlərində Haqq Ədalət Partiyasının İdarə Heyəti Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləməklə bağlı qərar qəbul edib. “Bununla bağlı elan etdiyi bəyanatdan sonra HƏP İdarə Heyətinin bir neçə üzvü partiyanın qərarını qəbul etmədilər və partiya sıralarını tərk etdilər. Bəziləri isə ortaya ciddi mövqe qoymağa cəsarət etməsələr də partiyanın qəbul etdiyi xalqımız üçün taleyüklü strateji xəttinə müxtəlif formalarda ehyamlar vuraraq razı olmadıqlarını öz ifadələrində ara-sıra dilə gətirməkdə davam etdilər.
Partiyanın bəzi funksionerləri ilə fərdi şəkildə danışıqlar aparıldıqdan sonra isə onlar partiyanın bugünkü strateji xəttinin haqlı və düzgün olduğu qənaətinə gəlmişlər”-deyə Ə.İnsanov bildirib.
İdarə Heyəti HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin yuxarıda qeyd edilən mövqeyinin və hərəkətlərinin partiyanın nizamnaməsinə zidd və qəbuledilməz olduğunu qeyd edərək, onun partiya sıralarından xaric olmasına yekdilliklə səs verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.