İrəvanda “artsax parlamentinin iclası”: “qayıdış” planı...

4-12-2023, 12:18           
İrəvanda “artsax parlamentinin iclası”: “qayıdış” planı...
İrəvanda “artsax parlamentinin iclası” baş tutub. Tədbir gizli şəkildə keçirilib. Bu barədə “rəsmi” məlumat yoxdur. Bütün “deputatlar” iştirak edib, “parlamentə” 2 yeni “deputat” qəbul olunub.

Bu barədə rusiyalı publisist Sergey Karnauxov öz Teleqram kanalında məlumat yayıb.

“İclas zamanı “artsaxdan olan qaçqınların” beynəlxalq platformalar vasitəsilə evlərinə qayıtmasına nail olmaq üçün “işçi qrupu” yaradılıb. İrəvan hökumətinin bütün nümayəndələrinin bunun qəti şəkildə əleyhinə olduğunu və “artsaxda hakimiyyət institutlarının” saxlanmasının Ermənistanın milli təhlükəsizliyinə təhdid olduğunu bəyan etdiyini vurğulamaq da vacibdir. “Artsax”ın özü üçün “qaçqınların” qayıtması bir çox problemləri həll edə bilər. Xüsusilə, Azərbaycan yerli əhalinin təhlükəsizliyini, onların yeni şəraitdə mədəni və dini inteqrasiya imkanlarını təmin etmək üçün tədbirlər görməli olacaq. Eyni zamanda, Bakı iki xalqın dinc yanaşı yaşaması üçün proqramları düşünməli və həyata keçirməli olacaq”.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru