DƏHŞƏTLİ CİNAYƏT: 23 yaşlı qızı öldürdülər - FOTO

11-10-2024, 00:10           
DƏHŞƏTLİ CİNAYƏT: 23 yaşlı qızı öldürdülər - FOTO
Almaniyada baş verən dəhşətli cinayət hadisəsi bütün dünyanı şoka salıb.

TEREF medianews.az-a istinadla xəbər verir ki, Almaniyada kosmetooq işləyən Khadidja O. adlı qadın ona bənzəyən 23 yaşlı blogeri 56 bıçaq zərbəsi ilə öldürüb.

İddialara görə, 25 yaşlı kosmetoloq sosial şəbəkədə tapdığı oxşarını öldürməklə guya öz ömrünü uzatmış olub. O, elə düşünüb ki, bu üsulla əcəldən yayına biləcək. Hadisədən sonra hadisəni törədən kosmetoloq və onun əlbir olduğu oğlan dostu da saxlanılıb.

Öldürülən blogerin meyiti isə saxlanılan qadınların maşınından tapılıb.

Saxlanılan qadınlar ifadələrində bildiriblər ki, Khadidja O. ilə sosial şəbəkədə tanış olublar. Onu reklama çəkmək adı ilə görüşə çağırıb sonra bu cinayəti törədiblər.

Polis cinayət hadisəsi ilə bağlı 190 nəfərin dindiriləcəyini bildirib. Dəhşətli cinayətin istintaqında psixoloq və ekspertlər də iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru