“Sürət” filminin 30 illiyi qeyd olundu –Kianu Rivz və Sandra Ballok illər sonra bir arada /FOTO

10-10-2024, 17:58           
“Sürət” filminin 30 illiyi qeyd olundu –Kianu Rivz və Sandra Ballok illər sonra bir arada /FOTO
Kianu Rivz və Sandra Ballok məşhur “Sürət” filminin 30 illiyini qeyd etmək üçün bir araya gəliblər.

CNN bildirir ki, onlar Los-Ancelesdə keçirilən “Beyond Fest” festivalı çərçivəsində “American Cinematheque в Egyptian Theatre” səhnəsinə çıxıblar. Filmin rejissoru Yan de Bont da onlarla birgə olub.

O, filmin çəkiliş prosesini xatırladıb.

1994-cü ildə çəkilmiş bu filmdə Kianu Rivz polis zabitini, Ballok isə avtobusu sürməyə məcbur qalmış sərnişini oynayıb.

Bont bildirib ki, çəkliş üçün 11 avtobusdan istifadə olunub. Rivz isə deyib ki, nəqliyyat vasitələrində həddən artıq kamera quraşdırılmışdı. “Mən öndən 22 kamera saydım. Qarşımızda 22 kamera var idi. Bir kamera Sandranın əllərini çəkirdi. Başqa bir kamera isə məni çevrilərkən çəkirdi”.

Film böyük uğur qazanıb.

Hər iki aktyor deyib ki, “Sürət-3″də yenidən çəkilməyə şad olardılar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.