“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

9-10-2024, 15:10           
“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib
İnnovasiya və sürət lideri “Bakcell” media nümayəndələri üçün “Media İnnovasiya Günü” adlı təlim təşkil edib. Tədbirə ölkənin aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist qatılıb.

Еəlimdə süni intellektin tətbiqi, innovasiya, brend inkişafı, ekosistemlər, yeni texnologiyalar və innovativ həllər mövzusunda təqdimatlar və interaktiv sessiyalar keçirilib.
Tədbir zamanı, həmçinin jurnalistlərin süni intellekt, yüksək texnologiyalar və innovasiyalarla bağlı sualları cavablandırılıb, bu mövzularda müzakirələr aparılıb. Proqram intelektual oyunlar və əyləncə bölümü ilə davam edib.
Qeyd edək ki, “Bakcell” 2015-ci ildən etibarən hər il davamlı olaraq media nümayəndələri üçün innovasiya və texnologiyalara dair təlimlər təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru