Sabiq baş nazirdən zatıqırıq "peyqəmbəlik" i : Zəngəzur bu tarixdə Azərbaycana qaytarılacaq

4-12-2023, 12:30           
Sabiq baş nazirdən zatıqırıq "peyqəmbəlik" i : Zəngəzur bu tarixdə Azərbaycana qaytarılacaq
Qarabağdan sonra Zəngəzur də Azərbaycanın nəzarətinə keçəcək.

Bu iddia ilə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan çıxış edib.

Baqratyan iddia edir ki, Zəngəzuru Azərbaycana Nikol Paşinyan təhvil verəcək.

“Paşinyan yeni seçki keçirmək niyyətindədir. Seçkidən sonra deyəcək ki, xalq məni seçib və istəyirlər ki, Süniki (Zəngəzur-red) təhvil verək. Qarabağ məsələsini Rusiyanın üzərinə yıxdığı kimi, Sünik məsələsini də seçicilərin üzərinə yıxacaq”, - Baqratyan bildirib.

Zəngəzur məsələsi Ermənistanın daxili siyasi seqmentində qarşılıqlı ittiham mövzularından birinə çevrilib. Baqratyanın fikirləri də Paşinyanı tənqid etmək məqsədi daşıyır. Hərçənd, burada tarixi torpaqlarımız olan Zəngəzurun azad edilməsi perspektivinin erməniləri qorxuya saldığı da aydın görünür.
Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru