Pentaqon rəhbəri: İsrail qələbə qazanmaq üçün Qəzzada mülki əhalini qorumalıdır

5-12-2023, 13:05           
Pentaqon rəhbəri: İsrail qələbə qazanmaq üçün Qəzzada mülki əhalini qorumalıdır
Kaliforniyada Reyqan adına Milli Müdafiə Forumunda çıxış edən ABŞ müdafiə naziri Lloyd Astin İraqda döyüşərkən və cihadçı İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı kampaniyaya rəhbərlik edərkən "şəhər mühitində müharibə haqqında bəzi şeylər öyrəndiyini" deyib.

"HƏMAS kimi İŞİD də şəhərlərdə kök salıb. İŞİD-ə qarşı beynəlxalq koalisiya isə hətta ən şiddətli döyüşlər zamanı da mülki əhalini qorumaq və humanitar dəhlizlər yaratmaq üçün səylə çalışıb" - deyə, Astin bildirib.

"Bunun dərsləri şəhər mühitində müharibəni mülki insanları qorumaqla qalib gələ bilməkdə deyil. Dərs ondan ibarətdir ki, şəhər müharibəsində yalnız mülki insanları qorumaqla qələbə qazanmaq olar," Astin deyib.

"Belə bir döyüşdə ağırlıq mərkəzi mülki əhalidən ibarətdir. Əgər siz onları düşmənin qucağına atsanız, taktiki qələbəni strateji məğlubiyyətlə əvəz edəcəksiniz," o bildirib.

Bir həftəlik atəşkəsdən sonra İsraillə HƏMAS arasında döyüşlər yenidən başlayıb. Hər iki tərəf razılaşmanın pozulmasında və zorakılığın yenidən başlanmasında bir-birini günahlandırıb.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumuna cavab olaraq, İsrailin Qəzzada quruda və havadan kampaniya başlamasından sonra qrupun rəsmilərinin bildirdiyinə görə, 15 mindən çox insanın həlak olub. Bu itkilər silahlı qruplaşmaların təkcə İsrailə qarşı deyil, həm də bölgədəki ABŞ əsgərlərinə qarşı onlarla ABŞ əsgəri yaralanması ilə nəticələnən hücumlar təşkil etməsinə təkan verib.

Vaşinqton öz qüvvələrinə qarşı hücumlarda İranın dəstəklədiyi qüvvələri günahlandırıb və son həftələr dəfələrlə havadan cavab hücumları həyata keçirib.

"Biz Amerika heyətinə hücumlara dözümlülük göstərməcəyik və bu hücumlar dayandırılmalıdır. Onlar dayanana qədər biz qüvvələrimizi qorumaq və onlara hücum edənləri cəzalandırmaq üçün nə lazımdırsa edəcəyik" - deyə, Astin bildirib.
amerikanınsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.