G7-nin onlayn sammiti keçiriləcək, Zelenski iştirak edəcək

6-12-2023, 11:19           
G7-nin onlayn sammiti keçiriləcək, Zelenski iştirak edəcək
Yaponiyanın baş naziri Fumio Kişidanın sədrliyi ilə G7-nin onlayn sammiti keçiriləcək.

Bu barədə Yaponiya Nazirlər Kabineti məlumat yayıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin də dəvət olunduğu sammit bu gün baş tutacaq.

Liderlər Ukrayna, Yaxın Şərqdəki vəziyyət və süni intellektlə bağlı məsələləri müzakirə etməyi planlaşdırırlar.

Görüşün dəqiq vaxtı dəqiqləşdirilməyib.

Prezident Co Baydenin Ağ Ev tərəfindən açıqlanan cədvəlinə əsasən, G7 liderlərinin videokonfransı ABŞ-nin şərq sahili vaxtı ilə saat 09:30-a (Bakı vaxtı ilə 18:30) planlaşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.