“Tramp namizəd olmasaydı, mən də olmayacaqdım...” – Bayden geri çəkiləcək?

6-12-2023, 16:28           
“Tramp namizəd olmasaydı, mən də olmayacaqdım...” – Bayden geri çəkiləcək?
Bəşəriyyətin indiki olduqca qarışıq dönəmində bütün sivil dünyanın gözü və ümidi dünyanın supergücü sayılan ABŞ-yə yönəlmişkən, bu ölkədə aşkar demensiya və şizofreniya əlamətləri olan iki nəfərin – yaşı 80-i keçmiş Co Bayden və 80-i haqlamaq üzrə olan Donald Trampın tragikomik seçki mübarizəsini izləmək məcburiyyətindəyik...

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden dünənki çıxışında seçki mövzusuna toxunub və Donald Trampı hədəfə alıb.

Bayden deyib ki, onun sələfi, keçmiş Prezident Donald Tramp yenidən namizədliyini irəli sürməsəydi, özü sadəcə bir prezidentlik müddətilə kifayətlənəcəkdi: "Tramp namizəd olmasaydı, mən əmin deyiləm ki, namizəd olacaqdım. Amma biz onun qalib gəlməsinə imkan verə bilmərik”.

Beləliklə, Bostonda keçirilən kampaniyadakı ianə toplama mərasimində Bayden yenidən seçilmək qərarını Trampı ikinci dəfə məğlub etmək və onun hakimiyyətə qayıtmasının qarşısını almaq niyyətilə izah edib.

Ümumiyyətlə, Bayden Trampın mümkün ikinci prezidentlik müddətini “Amerika demokratiyası üçün ekzistensial təhlükə” kimi təqdim edib.

Ancaq Baydenin bu fikirləri həm də belə bir qənaət yarada bilər ki, Respublikaçılar partiyası gələn ilin sonunda keçiriləcək seçkidə əsas namizəd kimi Trampı irəli sürməsə, Bayden geri çəkiləcək və onu Demokratlar partiyasının başqa bir namizədi əvəz edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.