Onları bağışlamaq olarmı?

8-12-2023, 10:54           
Onları bağışlamaq olarmı?
Qarabağ separatçılarının liderlərini nə gözləyir?
“Ermənistan hakimiyyəti Artsaxın əsir götürülmüş keçmiş liderlərini, o cümlədən Ruben
Vardanyanı taleyin ümidinə buraxıblar”. Bu barədə Erməni Milli Konqresinin sədr müavini Levon
Zurabyan bu günlərdə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
“Onlar Dağlıq Qarabağın keçmiş liderlərinin taleyi ilə bağlı heç nə etmirlər, Azərbaycan
hakimiyyətinə heç bir tələb irəli sürmürlər”, – o deyib.
Zurabyanın qaldırdığı məsələ ikinci dərəcəlidir – Ermənistan, ərazisində açıq şəkildə qanunsuz
fəaliyyət göstərdiklərinə görə bir sıra şəxsləri həbs edən Azərbaycana qarşı hansı iddia qaldıra
bilər? Bununla belə, həqiqətən də maraqlı olan başqa bir sual var – Arayik Arutyunyan, Bako
Saakyan, Arkadi Qukasyan və nəhayət, Ruben Vardanyan kimi tanınmış separatçı simaların
taleyi necə olacaq?
Bakı onların taleyi ilə bağlı hansı qərarı verəcək? Onlar məhkəmə çıxarılaraq, Azərbaycan
Cinayət Məcəlləsinin konkret maddələri ilə layiqli cəzalarını alacaqlarmı? Yoxsa onları
Ermənistana ekstradisiya edə bilərlər? Amma nəyin müqabilində? Burada hansı versiyalar
mümkündür?
Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə
məsələ ilə bağlı Pressklub.az-a acılama verib.
“Düzünü desəm, mən bu şəxslərin Ermənistana təhvil verilməsi ehtimalını istisna edirəm.
Onlarla bağlı heç bir razılaşma, mübadilə və başqa şeylər ola bilməz. Çünki bu şəxslər çox ağır
cinayətlərdə günahkardırlar”, – deyə analitik bildirib.
Onun sözlərinə görə, bu cinayətlər insanların sadə fiziki qətlindən də ağırdır. “Deyəsən, insan
öldürməyə görə maksimum cəza 15 ildir. Onların vəziyyətində isə bu cür əməllər iştirak
etdikləri, törətdikləri cinayətlərin miqyasına görə ağırlaşır. Bunlar müharibə cinayətləri,
insanlığa qarşı cinayətlər və s. bu cür əməllərdir. Yəni, onlar ən ağır cəza nəzərdə tutan bir sıra
maddələrlə ittiham olunurlar. Ona görə də, ümumilikdə onların hamısını ömürlük həbs gözləyir.
Bu, terrorçuluq, separatçılıq, bu istiqamətdə konkret addımlar atan şəxslərin üzərində
məhkəmə olacaq. Belə cinayətkarları necə harasa təhvil vermək olar? Nəyin müqabilində?
Düşünmürəm ki, onları ekstradisiya etmək lazım gələcək, onlar törətdikləri cinayətlərə görə
cəzalarını son gününə qədər çəkəcəklər. Törətdikləri cinayətlərin vaxtının bitməsi olmadığı
kimi, cəzalarını çəkmə, həbs müddəti də belə olmalıdır. Və onların həbsi də ömürlük olmalıdır”,
– o hesab edir.
Vəlizadə qeyd edib ki, bu, artıq prinsipial məsələdir. “Azərbaycanda törətdikləri vəhşiliklərin
miqyasına görə bu şəxsləri məsələn, Hitlerin silahdaşı Rudolf Hess kimi şəxslərə bərabər
tutulurlar. Rudolf Hess İkinci Dünya Müharibəsindən sonra törətdiyi əməllərə görə Berlin
həbsxanasında ömürlük cəza çəkirdi və orada da öldü. Çox güman ki, eyni şey haqqında
danışdığımız şəxslərə də şamil olunacaq. Mənə belə gəlir”, – deyə ekspert yekunlaşdırıb.
Rauf Orucov
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.