Gülər Əhmədovadan Mikayıl Cabbarova sərt ittihamlar - Qalmaqal

27-07-2016, 13:59           
Gülər Əhmədovadan Mikayıl Cabbarova sərt ittihamlar - Qalmaqal
Bu günlərdə sosial şəbəkələrdə yayılan qeyri-ənənəvi toy bir çox insanın etirazına səbəb oldu

Qeyd edək ki, şəhərin məşhur restoranlarının birində baş tutan toyda iki "kişi” bir-birilə evlənib. Etiraz edənlərdən biri isə keçmiş deputata Gülər Əhmədova olub.

Gülər Əhmədova sosial şəbəkədə yazdığı şərhdə bunun günahını orta məktəbdə verilən tərbiyədə görüb.

O vurğulayıb ki, təhsilin əsasını ilk növbədə tərbiyə, sonra isə təlim tutur: "Məktəblərdə hərbi hazırlıq, ciddi idman və oğlanlar üçün əmək dərsləri keçirilməlidir. Çox təəssüflər olsun ki, hal-hazırda məktəblərin uğuru yalnız məzunların neçə bal yığması ilə dəyərləndirir. Təhsilin əsasını isə ilk növbədə tərbiyə, yalnız bundan sonra təlim tutur. Ölkəmizdə təhsilin bu klassik tərifini unudublar. Tərbiyəsiz təlim kimə lazımdır? Ali təhsilli geylər bu millətə lazımdırmı? Bilin ki, Avropaya inteqrasiya budur. Təəssüf...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru