Azərbaycanlıların Xankəndinə qayıtması isə ...

2-01-2024, 08:24           
Azərbaycanlıların Xankəndinə qayıtması isə ...
Prezident İlham Əliyev Yeni il müraciətində bu il ərzində Xocalı və Xankəndi sakinlərinin öz evlərinə qayıdacaqlarını bildirdi. Bu, erməni separatizminin ləğvi və suverenliyimizin bərpasından sonra Xankəndi məsələsində son mərhələ olacaq. Çünki ermənilər istəməsə belə, bölgədə maraqları olan tərəflər onların Xankəndinə qaytarılması üzərindən müəyyən planlar qurur. Qayıtması mümkün olan ermənilər mütləq Azərbaycan vətəndaşlığını alacaqlar, lakin buna rəğmən, kompakt şəkildə yaşayacaq ermənilərin təhlükə yaratması potensialı və maraqlı tərəflərin bundan istifadə etməsi perspektivi daim aktualdır. Azərbaycanlıların Xankəndinə qayıtması isə rəsmi Bakının bütün zəruri imkanları yaratmasına baxmayaraq, ermənilərin kütləvi şəkildə geri qayıtması perspektivini sıradan çıxarır.
Asif Nerimanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru