Ukraynada savaş yeni fazaya girir...

2-01-2024, 00:16           
Ukraynada savaş yeni fazaya girir...
Kremlin “məntiqinə” görə Rusiya Ukraynanın cəbhə xəttindən uzaq şəhərlərinə, o cümlədən paytaxt Kiyevə, Odessaya raket zərbəsi endirə bilər, Ukraynanın isə Rusiyanın mövqelərinə zərbə endirmək ixtiyarı yoxdur. Kreml Ukraynanın Krım sahilindəki hərbi gəmisinə endirdiyi raket zərbəsinə cavab olaraq Ukraynanın bir çox şəhərinə raket və dron zərbələri endirdi, mülki insanlar arasında ölənlər oldu. Ukrayna da buna cavab olaraq Rusiyanın Belqorod şəhərindəki müxtəlif obyektlərə zərbələr endirdi. Belqrododda da mülki insanlar arasında ölənlər var. Beləliklə, Rusiya-Ukrayna müharibəsi cəbhə xəttindəki döyüşləri aşıb, şəhərlərin bombalanması bu il də davam edəcək. Kreml Ukraynaya dəstək verən Qərbdəki bəzi dairələrin yorğunluğunu nəzərə alaraq müharibənin Rusiyanın xeyrinə dəyişdiyini düşünərkən savaş yeni fazaya daxil olub.
Elxan Şahinoğlu
Teref: Xocanin Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru