II Qareginin Yeni il çıxışını yayımlamaması baş nazir Nikol Paşinyanın qərarıdır.

2-01-2024, 08:44           
II Qareginin Yeni il çıxışını yayımlamaması baş nazir Nikol Paşinyanın qərarıdır.
Ermənistan İctimai Televiziya kanalının ilk dəfə erməni katolikosu II Qareginin Yeni il çıxışını yayımlamaması baş nazir Nikol Paşinyanın qərarıdır. Çünki erməni katolikosu dövlətin maliyyələşdirdiyi kanalda Paşinyanın siyasətinə zidd fikirlər söyləyəcəkdi. Erməni kilsəsi və katolikosu İkinci Qarabağ müharibəsindən bu yana Nikol Paşinyanın siyasətini tənqid edir. Kilsə Paşinyana qarşı “Qarabağ klanı” ilə birləşib. Başqa cür ola da bilməz. SSRİ dövründən erməni kilsəsi ermənilər arasında türklərə nifrət yağdıran əsas mərkəzdir və bu rolundan imtina etməyib. Qarabağ ermənilərini Azərbaycana qarşı separatizmə həvəsləndirən də vaxtilə kilsə olub. Bu “ənənəni” davam etdirən kilsə və onun dəyişən katolikosları Azərbaycanla istənilən razılaşmanın əleyhinədir. Azərbaycanla Ermənistan arasınsa sülh sazişi imzalansa belə, kilsə türklərə qarşı nifrət siyasətindən imtina etməyəcək.
Elxan Şahinoğlu
Teref: Xocanin Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.