KİV: “Avropa ölkələri Ukrayna münaqişəsini 2025-ci ilə qədər uzatmaq istəyirlər”

2-01-2024, 12:34           
KİV: “Avropa ölkələri Ukrayna münaqişəsini 2025-ci ilə qədər uzatmaq istəyirlər”
“Böyük Britaniya və kontinental Avropa ölkələri Ukraynadakı münaqişəni ən azı 2025-ci ilə qədər uzatmaq istəyir. Bu, özünün müdafiə sənayesini yenidən işə salmaq və Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılı olmayaraq, Kiyevə yardım göstərə bilmək üçün lazımdır”.

Bu barədə “The Times” qəzeti öz mənbəsinə istinadən yazır.

Bildirilib ki, Britaniya hərbi kəşfiyyatı Rusiya və ya Ukraynanın 2024-cü ildə münaqişədə ciddi şəkildə dönüş edə biləcəyini gözləmir. Vurğulanıb ki, qarşıdan gələn il “böyük əməliyyat uğurları gətirməyəcək”.
Qeyd olunub ki, “Ukraynadakı münaqişənin taleyi ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmasın” deyə, Avropa ölkələri müdafiə sektorunda istehsal potensialını artırmağa hazırlaşır.

Nəşr yazır ki, hələlik Böyük Britaniya Kiyevə heç nə təklif edə bilməz, çünki onun silah ehtiyatları tükənib və buna görə də London Ukraynaya hərbi yardım göstərmək xahişi ilə Berlinə müraciət edib. Böyük Britaniya digər ölkələrlə də silah tədarükü ilə bağlı danışıqlar aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru