"Rusiya ilə sülh ölüm hökmüdür" - Podolyak

2-01-2024, 17:44           
"Rusiya ilə sülh ölüm hökmüdür" - Podolyak
“Rusiya ilə sülh danışıqları yalnız rus qoşunları Ukrayna ərazisini tərk etdikdən sonra baş tuta bilər. Vladimir Putinin Kremldən getməsi özlüyündə danışıqlara başlamaq üçün əsas deyil”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə Rusiyanın törətdiyi hərbi cinayətlərə görə necə cəzalandırılacağı və dəymiş maddi ziyanı necə ödəyəcəyi ilə bağlı dialoq mümkün olacaq.

“Lakin Rusiya qoşunları Ukrayna ərazisini tərk etməzdən əvvəl bu cür danışıqlar başlaya bilməz”, – Podolyak bildirib.

O, əmin olduğunu bildirib ki, Rusiya qoşunlarının Ukrayna ərazisində qaldığı şəraitdə istənilən sülh müqaviləsinin imzalanması Ukrayna üçün ölüm hökmü olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.