Volodimir Zelenski: “Kiyevin “B planı” var”

3-01-2024, 10:15           
Volodimir Zelenski: “Kiyevin “B planı” var”
“Kiyevin “B planı” var. Bu plan bütün lazımi silah növlərinin istehsalı üçün lisenziyanın alınmasından ibarətdir”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri vurğulayıb ki, əgər Qərbin hərbi yardımının həcmi azalarsa, Ukrayna buna əl ata bilər.

“Qərb reaksiyasını, bir çox ukraynalılar isə ekzistensial təhlükə hissini itiriblər”, - V.Zelenski bildirib.
O əlavə edib ki, bir neçə Avropa ölkəsinin kəşfiyyat xidmətləri Rusiya tərəfindən onların ərazisinə hücum ehtimalını öyrənməyə başlayıb.

Mənbə: The Economist












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru