Menendesin rüşvətxorluğu o dərəcədə ifşa olunmalıdır ki,

3-01-2024, 15:38           
Menendesin rüşvətxorluğu o dərəcədə ifşa olunmalıdır ki,
Ermənipərəst senator və Konqresdə komitə sədri Robert Menendes o qədər acgöz olub ki, rüşvət müqabilində bir neçə dövlət və şirkət üçün qeyri-rəsmi lobbiçilik edib, onların lehinə fəaliyyət göstərib. Menendesin Misirlə bağlılığı aşkar olunandan sonra onun rüşvət müqabilində Qətərə də işlədiyi aşkarlanıb. Bu barədə Nyu-Yorkun Cənub Dairə Məhkəməsi məlumat yayıb. Menendes rüşvət kimi puldan başqa avtomobil, bahalı qol saatları və daha nələr qəbul edib. Onun evində axtarış aparılarkən, polisin şkaflardan pulları və hədiyyələri toplamaq üçün xüsusi qrupa ehtiyacı olub.
Bu kiriminal olayda başqa məsələ müəammalıdır. Menendes Misir və Qətərdən çox Ermənistanın və ermənilərin maraqları üçün var gücüylə çalışıb. Əlbəttə, bu dəstəkdə Medendesin ikinci xanımının erməni mənşəli olmasının rolu olub. Ancaq pulgir Menendesin erməni lobbisindən rüşvət almaması mümkün deyil. Menendes heç bir ölkəyə və millətə təmənnasız dəstək verən birisi deyil. Araşdırmalar hələ davam edir, məhkəmənin Menendesin ermənilərlə pul bağlılığını sübut edib-etməyəcəyini söyləmək çətindir. Menendesin ifşasında Amerikadakı imkanlarımızdan istifadə etməyə çalışmalıyıq. Menendesin rüşvətxorluğu o dərəcədə ifşa olunmalıdır ki, digər konqresmenlər erməni lobbisinin pulu müqabilində Azərbaycan əleyhinə çalışarkən, onlar da ifşa oluna biləcəklərindən ehtiyat etməyə başlasınlar.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru