Bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağını proqnozlaşdırmaq olar

3-01-2024, 18:54           
Bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağını proqnozlaşdırmaq olar
İranın Kerman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimində partlayış nəticəsində onlarla iranlının həlak olması bölgədəki gərginliyi daha da artıracaq. Bu partlayış İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ərəfəsində baş verdi. Tehranın bu partlayışda İsraili ittiham edəcəyi ehtimalı az deyil. Bu isə o deməkdir ki, İran ərazisində İsrail kəşfiyyatına bağlı olduğu iddia edilən şəxslərin çoxsaylı həbslərinə rəğmən, şəbəkə gücünü itirməyib. Türkiyənin özündə də İsrail kəşfiyyatına bağlı şəxslərin kütləvi həbsi həyata keçirilib. Qasım Süleymanini amerikalılar öldürdülər. Tehran intiqam vədi versə də, Amerikaya zərər verər bilmədi. Əsl zərər “Həmas” qruplaşmasının oktyabrın əvvəlində İsrailə hücumu ilə Tel-Əvivə dəydi. Təsadüfi deyil ki, hücumun arxasında Tehranın dayandığına dair mülahizələr səsləndi. Görünür, İran Süleymaninin mərasimidəki partlayışa da adekvat cavab verməyə çalışacaq, bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağını proqnozlaşdırmaq olar.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru